• Bakı 22° C

    5.9 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

"Dövlətin ali məramı əmək resurslarını artırmaqdır" - Deputat

CƏMİYYƏT

27 Noyabr 2024 | 13:17

Dövlətin ali məramı əmək resurslarını artırmaqdır - Deputat

"Veteranlarla bağlı hər kəs təklif edir ki, müavinətlər kommunal tariflərə uyğunlaşdırılsın. Ödənişlər iki, üç dəfə də artırılsa, problemi sonadək çözmək mümkün olmayacaq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.

Onun sözlərinə görə, əsas məsələlərdən biri veteranlara müxtəlif aktivlər və birdəfəlik köməkliklər göstərib onları aktiv bir şəkildə əmək bazarına qaytarmaqdır:

"O zaman müqəddəs müharibə iştirakçılarımız, hər birimizin borclu olduğumuz döyüşçülər, gənc yaşlarından başlayaraq, həm də mülki həyatda öz layiqli yerlərini tutacaqlar və öz gələcəklərini formalaşdıra biləcəklər. Dövlətin ali məramı əmək resurslarını artırmaqdır".

Mina Mikayılova


SON XƏBƏRLƏR

06 Iyun 2025