Dekabrın 25-də baş verən təyyarə qəzasında xəsarət alan və denən Bakıya gətirilən yaralıların ilkin müayinləri aparılıb, vəziyyətləri qənaətbəxşdir.
Bakıvaxtı.az xəbər verir kii, bunu səhiyyə naziri Teymur Musayev Yeni Klinikada müalicəsi davam edən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qazaxıstanda müalicəsi davam edən 3 nəfərin vəziyyəti orta ağırdır:
Nazir deyib ki, həmin şəxslərin müalicəsi daim nəzarət altındadır:
"Bakıdan oraya həkim və tibb bacısı qrupu göndəriləcək".
T.Musayev yaralananlar arasında qəlpə yarası alanların olub-olmamasına da aydınlıq gətirib. Bildirib ki, xəsarətlər əsasən travmatikdir.
“Onların hansı səbəbdən xəsarət aldıqlarını - qəlpə, güllə yarası aldıqlarını konkret olaraq deyə bilmərik".