• Bakı C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Bakıda ağacəkmə aksiyası keçirildi - FOTOLAR

CƏMİYYƏT

25 Yanvar 2025 | 18:31

Bakıda ağacəkmə aksiyası keçirildi - FOTOLAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, hər iki qurumun rəsmilərinin və əməkdaşlarının, eyni zamanda könüllülərin iştirakı ilə keçirilən aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ağacəkmə aksiyasının keçirilməsində məqsəd yaşıllıq sahələrinin artırılmasını təşviq etmək, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.


SON XƏBƏRLƏR

04 Fevral 2025