• Bakı 15° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

Son 2 gündə metrodan 830 mindən çox sərnişin istifadə edib

CƏMİYYƏT

24 Fevral 2025 | 17:13

Son 2 gündə metrodan 830 mindən çox sərnişin istifadə edib

Şənbə və bazar günlərində 830 301 sərnişin metrodan istifadə edib.

Bu barədə Bakıvaxtı.az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.

Bildirilib ki, havanın qeyri-sabit olmasına baxmayaraq, Bakı metropoliteni sərnişinlərin rahat və təhlükəsiz daşınmasını təmin etmək üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Şənbə günü Bakı metrosunda sərnişin axını 417 868 nəfər, bazar günü isə 412 433 nəfər təşkil edib. 

Həmçinin, bütün stansiyalara, elektrik depolarının iş rejiminə və hərəkət qrafikinə nəzarət gücləndirilib. Qatarların hərəkətində heç bir yubanma baş verməyib.

“Hava şəraitindən asılı olmayaraq sərnişinlərə fasiləsiz və təhlükəsiz nəqliyyat xidməti göstərməyə davam edir”, - məlumatda qeyd olunub. 


SON XƏBƏRLƏR

17 Aprel 2025