• Bakı 13° C

    4.42 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

“Özsüt”dən masada tarakan olması ilə bağlı görüntüyə münasibət - FOTO

CƏMİYYƏT

26 Mart 2025 | 13:16

“Özsüt”dən masada tarakan olması ilə bağlı görüntüyə münasibət - FOTO

“Özsüt” restoran və kafe şəbəkəsinin “Gənclik Mall” filialı ilə bağlı yayılan görüntülər sosial şəbəkələrdə etirazlara səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, müştərilərdən biri yemək yediyi masada tarakan olması barədə fotonu paylaşaraq yazıb:

““Özsüt”ün “Gənclik Mall” filialında belə bir hal yaşadıq. Yemək masasında tarakan. İşçilərə bildirdik, gəlib salfetka ilə öldürdülər”.

Məsələ ilə bağlı “Özsüt”ün “Gənclik Mall” filialından Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müştəriyə üzrxahlıq edilib: “Restoran vaxtlı-vaxtında hər ay iki dəfə dərmanlanır. “Gənclik Mall”ın içində bəzən tarakan olur. Digər restoranların dərmanlanıb-dərmanlanmaması ilə bağlı dəqiq məlumatımız yoxdur. “Özsüt”də isə ayın əvvəlində və ortasında dərmanlama işi aparılır. Qonaqlara yaxınlaşdıq, üzrxahlıq etdik. Təbii ki, heç kim belə bir halın baş verməsini istəməz”.


SON XƏBƏRLƏR

28 Mart 2025