"Müalicəm davam edir. Hələ İstanbuldayam".
Bunu Bakıvaxtı.az-a Türkiyədə müalicə olunan tanınmış jurnalist Azər Rəşidoğlu bildirib.
Onun sözlərinə görə, yəqin ki, yaxın aylar ərzində bir müddət Türkiyəyə gəlib-gedəcək:.
"Buradakı həkimlər müalicə aldığım hospitalda ən müasir avadanlıqların olduğunu nəzərə alıb, tədavinin məhz bu klinikada və bu həkimlərin nəzarətində davam etdirilməsini məsləhət görürlər. Heydər Əliyev Fondu sağalana qədər dövlətin yanımda olacağını və həkimlərin məsləhətlərini əsas götürəcəklərini dedilər. Buna görə bir daha Heydər Əliyev Fonduna təşəkkür edirəm. Müalicə uğurla gedir, Azərbaycanın dəstəyini hər an hiss edirəm", - deyə Azər Rəşidoğku qeyd edib.
Qeyd edək ki, Heydər Əliyev Fondu tanınmış jurnalist Azər Rəşidoğlunun müalicəsini öz üzərinə götürüb.
Onu da bildirək ki, Azər Rəşidoğlu xərçəng xəstəliyindən əziyyət çəkir. Jurnalist bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb.
Mirad Məmmədli