• Bakı C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Dağlıq ərazilərdə 13 dərəcə şaxta olub - FAKTİKİ HAVA

CƏMİYYƏT

26 Yanvar 2025 | 10:27

Dağlıq ərazilərdə 13 dərəcə şaxta olub - FAKTİKİ HAVA

Yanvarın 26-sı saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, yanvarın 26-sı saat 10:00-a olan məlumatına əsasən hava şəraiti bəzi şərq rayonlarında arabir yağıntılı olub.

    Belə ki, düşən yağıntının miqdarı Lənkəranda 3, Biləsuvar, Cəlilabad, Astarada 1 mm-dək olub.

    Sumqayıt, Culfa, Gəncə, Şəmkir, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Tərtər, Yevlax, Göyçay, Sabirabad, Cəfərxan, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək şaxta qeydə alınıb.


    SON XƏBƏRLƏR

    04 Fevral 2025