• Bakı C

    12.89 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Otlaq sahəsindən silah-sursat tapıldı - FOTO

CƏMİYYƏT

25 Yanvar 2025 | 19:09

Otlaq sahəsindən silah-sursat tapıldı - FOTO

Cəlilabad rayonunun Günəşli kəndi ərazisindəki otlaq sahəsində silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "Kalaşnikov" avtomat, həmin silaha aid patron darağı və 29 ədəd patron aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Bundan əlavə, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində 5 nəfər rayon sakini qanunsuz saxladıqları ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


SON XƏBƏRLƏR

31 Dekabr 2025