• Bakı 18° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Azərbaycan qəzanın MDB Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən araşdırılması təklifini rədd edib

CƏMİYYƏT

27 Dekabr 2024 | 12:17

Azərbaycan qəzanın MDB Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən araşdırılması təklifini rədd edib

Qəzadan sonra Rusiya və Qazaxıstan hadisənin MDB-nin Dövlətlərarası Aviasiya Komitəsi (Dövlətlərarası Aviasiya Komitəsi 1991-ci ilin dekabrında 12 yeni müstəqil dövlət arasında Mülki aviasiya və hava məkanından istifadə haqqında dövlətlərarası saziş əsasında yaradılıb) tərəfindən araşdırılmasını təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, APA-nın hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycan bu təklifdən imtina edib.

    Rəsmi Bakı hadisənin beynəlxalq ekspertlər və “Embraer” mütəxəssislərindən ibarət qrup tərəfindən araşdırılmasını tələb edir.

    Azərbaycan hesab edir ki, “Qara qutu”ların oxunması da bu qrup tərəfindən təmin olunmalıdır.

    Qeyd edək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

    Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    29 Sentyabr 2026