• Bakı 21° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Yaşayış minimumunun məbləği artırılır

CƏMİYYƏT

27 Noyabr 2024 | 12:54

Yaşayış minimumunun məbləği artırılır

Azərbaycanda gələn il üçün yaşayış minimumunun məbləği artırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.

Layihəyə əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilir.

Layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

08 Iyun 2025
07 Iyun 2025