• Bakı 25° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi

CƏMİYYƏT

27 Noyabr 2024 | 13:55

Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə noyabrın 30-da və dekabrın 1-də əlavə qatar reysləri təyin edib.

Bu barədə Bakıvaxtı.az ADY-yə istinadən xəbər verir.

Məlumata görə, eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarları ilə sərnişinlər ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilərlər.

“Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür”,-deyə məlumatda qeyd edilib.


SON XƏBƏRLƏR

07 Iyun 2025