• Bakı 10° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.7694

    RUB - 1.6958

Yanğın təhlükəli yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırdı

CƏMİYYƏT

27 Dekabr 2024 | 13:38

Yanğın təhlükəli yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırdı

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən məlumat verilib.

Ağsu rayonunun İlxıçı kəndi ərazisində, Ağsu-Kürdəmir avtomobil yolunun üzərində yerləşən Şıxıyev Fəhrad Sabir oğluna məxsus yanacaqdoldurma məntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Ağsu rayonunun İlxıçı kəndi ərazisində, Ağsu-Kürdəmir avtomobil yolunun üzərində yerləşən Şıxıyev Fəhrad Sabir oğluna məxsus yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.


SON XƏBƏRLƏR

27 Dekabr 2024