• Bakı C

    8.39 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Ukrayna bu tarixə kimi Kurskda qalacaq - "Blumberq"

DÜNYA

27 Dekabr 2024 | 23:32

Ukrayna bu tarixə kimi Kurskda qalacaq - Blumberq

Rusiyanın Kursk bölgəsindəki səyləri daha güclü olarsa, yaza qədər onlar Ukrayna Silahlı Qüvvələrini Rusiya ərazisindən sıxışdırıb çıxara biləcəklər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi amerikalı rəsmilərə istinadən yazıb.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri artıq canlı qüvvə çatışmazlığı, ABŞ və digər müttəfiqlərdən gələcək silah tədarükü ilə bağlı qeyri-müəyyənliklə üzləşib. Bu arada, Kursk bölgəsində Ukrayna qoşunlarına təkcə ruslar deyil, həm də Rusiyada 12 min nəfəri olan Şimali Koreya əsgərləri də müqavimət göstərir.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmiləri bildiriblər ki, Moskvanın daha güclü səyləri ilə Ukrayna qüvvələri bu ərazini yalnız yaza qədər saxlaya biləcəklər.


SON XƏBƏRLƏR