• Bakı 20° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

BMT Livanla bağlı xəbərdarlıq edib

DÜNYA

26 Yanvar 2025 | 20:20 | Müəllif: Subhan Mahmudov

BMT Livanla bağlı xəbərdarlıq edib

BMT-nin Livan üzrə xüsusi koordinatoru Janin Hennis-Plasshart və BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin komandanı general Haroldo Lasaro Saenz İsrailin sərhəd bölgələrini atəşə tutması nəticəsində mülki əhali arasında itkilərdən narahat olduqlarını bildiriblər.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə tərəflərin birgə bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, BMT sülhməramlıları Livan silahlı qüvvələrinin tələbi ilə insidentlərin baş verdiyi və mülki əhali arasında itkilərin olduğu bölgələrə göndərilib:

“Biz İsrail əsgərlərinin hələ də olduğu şəhər və kəndlərə mülki əhalinin gəlməsi ilə bağlı xəbərlərdən narahatıq. 60 günlük atəşkəs razılaşmasında nəzərdə tutulan müddətə əməl edilmədiyindən onların sərhədboyu ərazilərə təhlükəsiz qayıtması üçün şərait yaradılmayıb. Vəziyyətin pisləşməməsi zəruridir və biz əhalini Livan Ordu Komandanlığının onların həyatlarını qorumağa yönəlmiş göstərişlərinə əməl etməyə çağırırıq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026