• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Suriya prezidenti: "Silahdan istifadə etmək hüququ yalnız dövlətin olacaq"

DÜNYA

25 Fevral 2025 | 17:24

Suriya prezidenti: Silahdan istifadə etmək hüququ yalnız dövlətin olacaq

"Suriyada bundan sonra yalnız dövlət silahlı birləşmələrdən istifadə etmək hüququna malik olacaq".

Bakıvaxtı.az "Al Arabiya"ya istinadən xəbər verir ki, bunu Dəməşqdə keçirilən milli dialoqun birinci konfransında çıxışı zamanı Suriyanın keçid dövründəki prezidenti Əhməd əl-Şara deyib.

Onun sözlərinə görə, silahlı qüvvələrin birliyi mənəvi borc və öhdəlikdir:

"2024-cü ilin dekabrında Dəməşqi ələ keçirdikdən sonra Suriyanın yeni administrasiyası əvvəlki qoşunları və təhlükəsizlik xidmətlərini ləğv etdi və yaradılan orduya müxtəlif silahlı qruplaşmaları inteqrasiya etmək niyyətində idi. Kürd birləşmələri yeni silahlı qüvvələrin bir hissəsi olmalıdır".

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 Aprel 2025