• Bakı 15° C

    5.21 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Pakistan XİN başçısı Azərbaycanla birgə investisiya layihələrini müzakirə edib

DÜNYA

27 Mart 2025 | 17:20

Pakistan XİN başçısı Azərbaycanla birgə investisiya layihələrini müzakirə edib

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanla investisiya layihələrinin müzakirə olunduğu idarələrarası görüş keçirib.

Bu barədə Bakıvaxtı.az Pakistan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.

Yüksək vəzifəli şəxslər müxtəlif istiqamətlərdə işlərin gedişatı barədə məlumat veriblər.

XİN-in məlumatında bildirilib ki, Məhəmməd İshaq Dar infrastruktur, neft sənayesi, ticarət və informasiya texnologiyaları sahələrinə investisiya qoyuluşu ilə bağlı təkliflərin hazırlanmasını 2025-ci il aprelin 3-dək tamamlamağı tapşırıb.

"Baş nazirin müavini həmçinin təsdiq edib ki, Pakistan və Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi hökumətin prioritetlərindən biri olaraq qalır", - XİN-də qeyd ediblər.


SON XƏBƏRLƏR

30 Mart 2025