• Bakı 22° C

    4.88 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Şimali Koreya Rusiyaya əlavə 3000 əsgər göndərib

DÜNYA

27 Mart 2025 | 13:50

Şimali Koreya Rusiyaya əlavə 3000 əsgər göndərib

Şimali Koreya (KXDR) yanvar-fevral aylarında Rusiyaya əlavə 3000 əsgər göndərib.

Bakıvaxtı.az “Associated Press“ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Birgə Qərargah Rəisləri (JCS) bildirib.

    Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın Rusiyaya raket və artilleriya sistemlərinin tədarükünü artırdığını və müharibənin gedişatına əsasən, silah təchizatını daha da artıra biləcəyini qeyd edib.

    Bildirilib ki, Pxenyan ilkin olaraq Moskvaya təxminən 11 min əsgər göndərib və bunlardan 4 mini ölüb və ya yaralanıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    25 Sentyabr 2026