• Bakı 14° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Livanda "Hizbullah"ın diversiya qruplaşmasının komandiri öldürülüb

DÜNYA

27 Mart 2025 | 15:17

Livanda Hizbullahın diversiya qruplaşmasının komandiri öldürülüb

İsrail hərbi aviasiyasının endirdiyi zərbələr nəticəsində Livanın cənubunda "Hizbullah" təşkilatının "Radvan" diversiya qruplaşmaları bölməsinin komandiri öldürülüb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"İsrail HHQ-nin endirdiyi zərbə nəticəsində Livanın cənubunda "Hizbullah"ın "Radvan" qüvvələrinin batalyon komandiri Əhməd Adnan Baciqa öldürülüb ", - məlumatda bildirilib.

Qeyd olunub ki, həmin şəxs son aylarda İsrailin arxa cəbhəsinə qarşı terror hücumlarına rəhbərlik edib və İsrailə, eləcə də onun mülki əhalisinə təhlükə törədib.


SON XƏBƏRLƏR

30 Mart 2025