• Bakı 12° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

İlon Maskdan Ukraynaya: Seçkilər keçirin!

DÜNYA

25 Fevral 2025 | 20:00 | Müəllif: Subhan Mahmudov

İlon Maskdan Ukraynaya: Seçkilər keçirin!

ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask Ukraynada prezident seçkilərinin keçirilməsinə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, İ.Mask bununla bağlı X şəbəkəsində yazıb.

"Seçkilər keçirin", - deyə Mask Ali Radanın Zelenskinin səlahiyyətlərini genişləndirən qətnamənin qəbulu ilə bağlı mesajı şərh edərkən bildirib.

Qeyd edək ki, Ukrayna Al Radası “Rusiya Federasiyasının təcavüzü kontekstində Ukraynada demokratiyaya dəstək haqqında Bəyanat”ı dəstəkləyib. Bəyanata görə, Prezident Vladimir Zelenskinin səlahiyyətləri ölkədə hərbi vəziyyət bitənə qədər davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026