• Bakı 14° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

İcazəsiz aksiyalarda 1879 nəfər saxlanıldı

DÜNYA

27 Mart 2025 | 20:00

İcazəsiz aksiyalarda 1879 nəfər saxlanıldı

İstanbul Böyükşəhər Bələdiyyəsi haqqında başladılan korrupsiya və terrorla bağlı araşdırmalardan sonra keçirilən icazəsiz aksiyalarda indiyə kimi 1 879 nəfər saxlanılıb. Onlardan 260-ı həbs olunub.

Bakıvaxtı.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

O bildirib ki, ölkədə əmin-amanlığa təhlükə yaradan proses başlayıb: “Xalqımızın qardaşlığına qarşı təxribat törədildi. Polislərimizə hücum edildi. Mənəvi dəyərlərimiz tapdalanıb. Ədalət məhkəmə zalında olur, küçədə deyil”.

Nazir qeyd edib ki, heç bir təbliğat həqiqətin qarşısını ala bilməz: “Türkiyə köklü demokratiyaya malik dövlətdir. Bizim demokratiya anlayışımız xalqın iradəsinə əsaslanır. Silahsız və hücumsuz bütün aksiyalara razıyıq. Bəs o daşlar, baltalar nədir?”.


SON XƏBƏRLƏR

30 Mart 2025