• Bakı 15° C

    5.21 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Husilər Ben-Qurion hava limanına və ABŞ-nin “Harry Truman” aviadaşıyıcısına zərbə endiriblər

DÜNYA

27 Mart 2025 | 17:55

Husilər Ben-Qurion hava limanına və ABŞ-nin “Harry Truman” aviadaşıyıcısına zərbə endiriblər

Yəmənin "Ənsar Allah" hərəkatından olan üsyançı husilər İsrailin Ben-Qurion hava limanına, həmçinin Təl-Əvivdəki hərbi obyektə raket zərbələri endiriblər.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın hərbi nümayəndəsi Yəhya Saria bildirib.

"Yəmənin raket qoşunları Ben-Qurion hava limanına "Zülfikar" ballistik raketi, həmçinin işğal olunmuş Yaffo (Təl-Əviv) rayonunun cənubunda yerləşən hərbi obyektə "Fələstin-2" hipersəs ballistik raketi ilə zərbələr endirib. Əməliyyatın hədəflərinə uğurla nail olunub", - hərəkatın nümayəndəsi husilərə məxsus “Al Masirah” telekanalının efirində deyib.

Husilər həmçinin Qırmızı dənizdə ABŞ-nin “USS Harry Truman” aviadaşıyıcı qrupuna zərbə endirdiklərini bildiriblər.

"ABŞ-nin ölkəmizə qarşı davam edən təcavüzünə cavab olaraq raket qoşunları, pilotsuz aviasiyaya cavabdeh olan bölmələr və hərbi dəniz qüvvələri Qırmızı dənizdə düşmənin bir neçə hərbi gəmisinə və ABŞ-nin “USS Harry Truman” aviadaşıyıcısına pilotsuz uçuş aparatları, həmçinin ballistik və qanadlı raketlərlə zərbələr endirib", - Y.Saria qeyd edib.


SON XƏBƏRLƏR

30 Mart 2025