• Bakı 12° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

TÜRKPA-nın komissiya iclası keçirildi

DÜNYA

25 Fevral 2025 | 19:26 | Müəllif: Subhan Mahmudov

TÜRKPA-nın komissiya iclası keçirildi

Fevralın 25-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) İqtisadi əməkdaşlıq komissiyasının “Enerji təhlükəsizliyi iqtisadiyyatın dayanıqlı inkişafının amili kimi” mövzusuna həsr olunmuş videokonfrans formatında 12-ci iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, iclasda Azərbaycan nümayəndə heyətini Milli Məclisin deputatı, İqtisadi əməkdaşlıq komissiyasının üzvü Ağalar Vəliyev təmsil edib.

Millət vəkili çıxışı zamanı Milli Məclis tərəfindən enerji sahəsinin qanunvericilik bazasının daha da təkmilləşdirilməsi istiqamətində müntəzəm olaraq məqsədyönlü işlərin aparıldığından danışıb, ölkədə keçirilən mühüm tədbirlərdən bəhs edib.

Daha sonra komissiya iclasının əsas mövzusuna dair hesabat məruzəsi və tövsiyə qərarları, habelə komissiya çərçivəsində hazırlanmış “İqtisadi fəaliyyətdə təmiz enerji haqqında” model qanun layihəsi müzakirə edilərək təsdiq edilib.

Sonda komissiyanın növbəti iclasının gündəliyi, mövzusu və tarixi müəyyənləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Noyabr 2026