• Bakı 14° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Basarkeçər bələdiyyəsinin üç əməkdaşı rüşvət ittihamı ilə həbs edilib

DÜNYA

27 Mart 2025 | 17:35

Basarkeçər bələdiyyəsinin üç əməkdaşı rüşvət ittihamı ilə həbs edilib

Ermənistanın Basarkeçər bələdiyyəsinin 3 əməkdaşı rüşvət işi ilə bağlı həbs edilib.

Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Cinayət işi rüşvət vermə və alma faktı əsasında başlanıb.

Bundan əvvəl məlum olub ki, hüquq-mühafizə orqanları Gümrüdə “Ana Ermənistan” müxalifət blokunun ofisində yoxlamalar aparıb. Blokun nümayəndəsi Emma Qriqoryan Gümrüdən Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb və orada qarşıdan gələn seçkilərlə əlaqədar seçicilərə rüşvət verilməsi halları ilə bağlı araşdırmalara başlanılıb.

“Ana Ermənistan” blokunun rəhbəri Andranik Tevanyan bunu siyasi təqib adlandırıb və hakimiyyətin hərəkətlərini pisləyib.

Bundan başqa, Gümrü meri postuna “Mənim şərəfim var” blokundan namizəd olan Martun Qriqoryanın atası və oğlu korrupsiyaya uğramış seçki proseslərində şübhəli bilinərək saxlanılıb.


SON XƏBƏRLƏR

30 Mart 2025