• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

İtmiş Malayziya təyyarəsinin axtarışları davam edir

DÜNYA

25 Fevral 2025 | 16:57

İtmiş Malayziya təyyarəsinin axtarışları davam edir

Malayziya Hava Yollarına məxsus "MH370" reysi yoxa çıxdıqdan təxminən 11 il sonra onun axtarışına başlanılıb.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, 2014-cü ilin martında Malayziyadan havaya qalxan və o vaxtdan heç bir xəbər alınmayan təyyarənin tapılması üçün tədbirlər görülüb. 

Robotlarla okean və dəniz dibindən məlumat toplayan “Ocean Infinity” şirkətinə məxsus "Armada 7806" gəmisi axtarış əməliyyatları üçün Avstraliyanın Pert sahillərindən təxminən 1000 kilometr aralıda lövbər salıb.

Dağıntıların tapıldığı təqdirdə "Ocean Infinity"-ə təxminən 70 milyon dollar ödənəcəyi gözlənilir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

18 Aprel 2025