“Azərbaycanla sülh sazişinin harada imzalanması prinsipial məsələ deyil. Mühüm olan faktın özüdür”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.
Onun sözlərinə görə, sənədin imzalanması üçün hazırda bu və ya digər paytaxta üstünlük verilmir.