• Bakı 20° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Medvedev: "Rusiya  ilə ABŞ arasında dostluq gözlənilmir"

DÜNYA

27 Dekabr 2024 | 16:50 | Müəllif: Gülşən Şərif

Medvedev: "Rusiya ilə ABŞ arasında dostluq gözlənilmir"

"ABŞ-nin vassalı kimi Rusiya ilə əlaqələri pozan Avropa uduzur".

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında paylaşıb.

O, bildirib ki, Rusiya və ABŞ növbəti əsrdə mütləq dost olmayacaqlar və bir-biri ilə mübarizə hər cəhətdən baha başa gələcək.

"Biz yaxın 100 ildə dostluq münasibətlərinin olacağını gözləmirik. Amerika ilə birbaşa münaqişə açıq şəkildə dünya nüvə müharibəsinə çevriləcək", - deyə Medvedev qeyd edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR