• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Sərhəddəki kəndlər boşaldılır, əhali qaçır – Akopyan

DÜNYA

26 Yanvar 2025 | 15:51 | Müəllif: Subhan Mahmudov

Sərhəddəki kəndlər boşaldılır, əhali qaçır – Akopyan

Ermənistanın iki daxili problemi sistemli şəkildə həll edilməlidir, əks halda gələcəkdə daha zəif, xarici təhlükələrə qarşı daha həssas olacağıq.

Bakıvaxtı.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni ekspert Tatul Akopyan deyib.

O sözügedən iki problemi belə əsaslandırıb:

“Birincisi, sərhəd kəndlərindən mühacirət, ikincisi isə qeyri-mütənasib inkişafdır. Sonuncu problemin də kökündə elə ilk dediyim səbəb dayanır. Ölkənin 2,9 milyonluq əhalisinin yarıdan çoxunun İrəvanda və paytaxtın yaxınlığındakı Ararat vadisində yaşaması vəziyyəti çətinləşdirir. Məsələn, yüz il əvvəl Sovet Ermənistanının əhalisi bir milyondan az olanda İrəvan əhalisi təqribən 50 min idi. Yəni paytaxt əhalisi bütün ölkə əhalisinin 4-5 faizini təşkil edirdi.

İndi isə əsasən də sərhəd kəndlərin əhalisi İrəvana köçüb deyə, bir çox kəndimiz boşdur. Paytaxt isə əksinə, insanların çoxluğundan hədsiz yüklənib. İrəvanı boşaltmağın yeganə yolu yeni paytaxtın yaradılmasıdır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026