• Bakı 10° C

    13.21 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

ŞOK XƏRİTƏ yayıldı: Londonun mərkəzi YOX OLACAQ - FOTO

DÜNYA

25 Fevral 2025 | 15:20

ŞOK XƏRİTƏ yayıldı: Londonun mərkəzi YOX OLACAQ - FOTO

Amerikalı professor Aleks Valleşteyn Rusiyanın Böyük Britaniyaya mümkün nüvə zərbəsinin nəticələrini əks etdirən xəritəni təqdim edib.

Bakıvaxtı.az musavat.com-a istinadla xəbər verir ki, “Daily Express” qəzetində yayımlanan xəritə Rusiyanın "Topol" (SS-25) ballistik raketinin 800 kilotonluq gücü ilə təhlil edilərək hazırlanıb.

Hesablamalara görə, belə bir zərbə katastrofik nəticələrə səbəb olacaq:

Zərbənin episentri (2,97 km²) – Vestminster bölgəsi, Müqəddəs Ceyms Sarayı və London Eye fırlanan çarxı tamamilə məhv olmacaq.

Güclü təsir zonası (134 km²) – binalar dağılacaq, kütləvi yanğınlar olacaq.

Termik təsir zonası (384 km²) – bu ərazilərin sakinləri üçüncü dərəcəli yanıqlara məruz qala bilər, bəzi hallarda amputasiya tələb olunacaq.

Uzaq bölgələr – zərbə dalğası pəncərə şüşələrini sındıracaq və təsir zonasında olan insanları yaralayacaq.

Mütəxəssislər bildirirlər ki, partlayışın hündürlüyündən və hava şəraitindən asılı olaraq faktiki zərər daha da dağıdıcı ola bilər.


SON XƏBƏRLƏR