• Bakı 13° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Belarusda prezident seçkiləri baş tutmuş hesab edildi

DÜNYA

26 Yanvar 2025 | 15:32 | Müəllif: Subhan Mahmudov

Belarusda prezident seçkiləri baş tutmuş hesab edildi

Belarusda prezident seçkilərində seçicilərin 50%-dən çoxu səs verib, seçkilər baş tutub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belarus Mərkəzi Seçki Komissiyasının sədr müavini Aleksey Başan məlumat verib.

Son məlumata görə, seçici fəallığı 56,64% təşkil edib: 

Minsk şəhəri - 51,29%, Brest vilayəti - 61,34%, Vitebsk vilayəti - 54,40%, Qomel vilayəti - 62,84%, Qrodno vilayəti - 54,96%, Mogilev vilayəti - 58,71%, Minsk vilayəti - 54,27% .

Mərkəzi Seçki Komissiyasının sədr müavini seçici fəallığının yüksək olduğunu vurğulayaraq, son iki saat ərzində seçicilərin 9 faizinin səs verdiyini diqqətə çatdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026