Türkiyədə sosial fenomenlərə qarşı əməliyyat keçirilib.
Bakıvaxtı.az bildirir ki, əməliyyatlar İstanbul şəhərində Kibercinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən baş tutub. Yeddi sosial media fenomeninə qarşı keçirilən əməliyyatlar nəticəsində TikTok-da qanunsuz mərc oyunları təşkil edən 6 fenomen saxlanılıb. Onlardan birinin də saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Məlumata görə, onlar Elanur Bulut, Salim Çato, Zeynep Buse Korkmaz, Buse Plan, Okan Serbes və Tuna Yurdakuldur.
Saxlanılanlar istintaqa təhvil verilib. /Lent.az