• Bakı 13° C

    6.14 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

Zelenski tərəfdaşlarına müraciət edib: Rusiyaya qarşı sanksiyalar vacibdir

DÜNYA

26 Yanvar 2025 | 17:19

Zelenski tərəfdaşlarına müraciət edib: Rusiyaya qarşı sanksiyalar vacibdir

Ukrayna Prezidenti Volodimir Zelenski tərəfdaşlarına müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə “X”də yazıb.

V.Zelenski qeyd edib ki, Kiyevə dəstəyin artırılması zəruridir: “Rusiyaya qarşı sanksiyalar vacibdir. Neftin qiymətinin aşağı salınması əhəmiyyətlidir”.

Prezidentin fikrincə, Kremli yalnız qətiyyətli mövqe nəticəsində dayandırmaq olar: “Biz müdafiə qabiliyyətimizi gücləndirmək üçün tərəfdaşlarımızla daim işləyirik”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq daha əvvəl neftin qiymətinin 45 dollara düşməsinin vacibliyini qeyd edib.


SON XƏBƏRLƏR

13 Mart 2025