Ukrayna ABŞ və Dünya Bankından “PEACE in Ukraine” investisiya layihəsi vasitəsilə 485 milyon dollar alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz teleqram kanalında məlumat verib.
“Bunun 465 milyon dolları ABŞ tərəfindən USAİD vasitəsilə ayrılıb”, - deyə Baş nazir bildirib.
Qeyd olunub ki, yığılan vəsait dövlət büdcəsinin sosial və humanitar xərclərinin kompensasiyasına yönəldiləcək.