İrəvan öz səfiri Razmik Xumaryanı Minskə geri qaytarmaq niyyətində deyil.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sputnik-Ermənistan”ın mənbələri məlumat verib.
Bildirilib ki, səfir 2024-cü ilin iyununda məsləhətləşmələr üçün Ermənistana geri çağırılıb və o vaxtdan Belarusa qayıtmayıb.
Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan və Belarus Prezidenti Aleksandr Lukaşenko Ali Avrasiya İqtisadi Şurasının Sankt-Peterburqda keçirilən iclasında mübahisə ediblər. Paşinyan iclasda onlayn formatda iştirak edib.
Son vaxtlar İrəvanla Minsk arasında münasibətlər xeyli soyuyub. Hər iki ölkənin Xarici İşlər nazirlikləri iyunda nota mübadiləsi aparıblar.