Türkiyədə narkotikə qarşı “Narkokapan-10” əməliyyatı keçirilib.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, İstanbulda narkotik və stimullaşdırıcı maddələrlə məşğul olan şəxslərə qarşı həyata keçirilən “Narkokapan-10” əməliyyatında 213 zəhər satmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Şübhəlilərdən 197-si həbs edilib, 13-ü barəsində isə məhkəmə nəzarəti qərarı çıxarılıb.
Əməliyyatlar zamanı 25 kq bonsai, 1260 ədəd narkotik həb, müxtəlif miqdarda skunk, kokain, heroin və metamfetamin, 6 ədəd dəqiq tərəzi, 1 ədəd vakum maşını, 9 ədəd sənədsiz tapança,1 ədəd sənədsiz ov tüfəngi, 1 ədəd uzunlüləli avtomat silah, külli miqdarda xarici valyuta və türk lirəsi ələ keçirilib.
Nuriyyə Musayeva
“Narkokapan-10” əməliyyatı: 197 nəfər...
DÜNYA
27 Yanvar 2025 | 09:55

SON XƏBƏRLƏR
15:54
12:52
11:32
10:45
10:16
09:51
09:41
09:07
18 Iyul 2026
Bakı 


