• Bakı 17° C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Tailandda avtobus qəzası - 18 ölü

DÜNYA

26 Fevral 2025 | 09:28

Tailandda avtobus qəzası - 18 ölü

Tailandda turist avtobusunun qəzaya uğraması nəticəsində azı 18 nəfər ölüb, 20-yə yaxın şəxs yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tairath” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, qəza paytaxt Banqkokdan 120 km aralıda yerləşən Praçinburi əyalətində baş verib. Hadisə 200 nəfərlik tur qrupu üç avtobusda daşınarkən baş verib. Sonuncu avtobus idarəetməni itirib və aşıb.

Avtobusun içində 49 nəfər olub. Yaralılar xəstəxanaya çatdırılıb. Xilasedicilər itkin düşənləri axtarır. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.


SON XƏBƏRLƏR