ABŞ-də Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən iş adamı Elon Musk dövlət xərclərini 1 trilyon dollara qədər azaltmaq niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "Fox News"a açıqlama verib.
Onun fikrincə, dövlət aparatının və büdcə xərclərinin azaldılması istiqamətində aparılan işlər uğurlu alınmasa, o zaman “Amerika batacaq”.
"Bu, inqilabdır. Və məncə, bu, inqilabın özündən bəri hökumətdə ən böyük inqilab ola bilər. Bunun sonunda Amerika daha yaxşı vəziyyətdə olacaq... Əgər uğur qazanmasaq, Amerika adlı gəmi batacaq", - Mask qeyd edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp DOGE-ni yanvar ayında yaradıb. Fevral ayında İlon Maskın hökumət işçilərindən işlərinə dair hesabat təqdim etmələrini xahiş etməsindən sonra qalmaqal yaranıb və onları tapşırığa əməl etmədiklərinə görə işdən çıxarmaqla hədələyib.