• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8526

    RUB - 1.9891

Taliban kanadalı veteranı həbsdən azad etdi

DÜNYA

27 Yanvar 2025 | 10:51

Taliban kanadalı veteranı həbsdən azad etdi

Taliban  2024-cü il noyabrın 17-də Kabildə həbs edilən kanadalı hərbi veteran Devid Laveri həbsxanadan azad edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Khaama press" informasiya portalı məlumat yayıb.

Məlumata görə, Kanadanın xarici işlər naziri Mélanie Joly yanvarın 27-də sosial mediadakı "X" səhifəsində Laverinin Qətər köməyi ilə azadlığa buraxıldığını elan edib və onun artıq Qətərdə ailəsi ilə qovuşduğunu bildirib.

Laverinin Kabil hava limanında həbsinin səbəbi məlum deyil.

Nəşrin məlumatına görə, Laveri üç il əvvəl ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması zamanı 100 əfqanın təxliyəsinə köməklik edib. 

Qeyd olunub ki, o, bir neçə il Əfqanıstanın paytaxtında Raven Rae Consulting Services adlı özəl mühafizə şirkətini idarə edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

12 Mart 2025