İsrailin hücumları nəticəsində cənuba köçməyə məcbur edilən on minlərlə fələstinli bu səhərdən etibarən şimaldakı torpaqlarına qayıtmağa başlayıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, Qəzzanın şimalında tikililərin 80-90%-i dağılsa da, fələstinlilər torpaqlarına geri dönməkdə israrlıdır.
Həmas rəsmisi İzzət ər-Rişq açıqlamasında bu qayıdışı "İsrailin fələstinliləri yerlərindən məhrum etmək arzularının iflası" kimi dəyərləndirib.
Nuriyyə Musayeva
















