• Bakı 22° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

İsrail ordusu bu ərazini tərk edir

DÜNYA

27 Yanvar 2025 | 10:27

İsrail ordusu bu ərazini tərk edir

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının mərkəzi hissəsindəki Netsarim dəhlizinin bir hissəsindən qoşunlarını çıxarmağa başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Times of Israel” Fələstin mətbuatına istinadən xəbər verir.

Təxliyə prosesi Qəzza zolağının şimalına qayıdan məcburi köçkün fələstinlilər üçün bu ərazinin açılması ərəfəsində həyata keçirilir.

Məlumatda bildirilir ki, ordu Qəzza zolağının şimalını cənubundan ayıran dəhlizin qərb hissəsindən qoşunlarını təxliyə edir.

Qeyd olunur ki, İsrail Müdafiə Qüvvələri hələlik bu məlumatı şərh etməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR