Ümumilikdə indiyədək 55 min müəllim sertifikatlaşdırmadan keçərək əməkhaqqısını artımla alır.
Bu barədə Bakıvaxtı.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tamamlanmış imtahanlar üzrə müəllimlərin orta dərs yükü 17.5-dən 19.5-ə qalxıb.
Cari ildə keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesinə cəlb olunan iştirakçı sayı 24050, uğur qazanan 20104, minimum tələbi ödəməyən 3867 nəfər olub.
Bu il müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində 1015 nəfər uğur qazanaraq iş yerini dəyişdirib. Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesində isə 210 nəfər uğur qazanaraq iş yerini qarşılıqlı dəyişdirib.
Müəllimlərin işə qəbulu müsabiqəsində ümumilikdə 66723 elektron müraciət qəbul edilib. 6283 namizəd müsabiqədə uğur qazanaraq işə qəbul olunub.