• Bakı 28° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Nigerdə ​​Rusiya səfirliyi açılacaq

DÜNYA

28 Dekabr 2024 | 10:14 | Müəllif: Gülşən Şərif

Nigerdə ​​Rusiya səfirliyi açılacaq

"Rusiyanın Nigerdəki səfirliyinin fəaliyyətinin bərpası istiqamətində işlər davam etdirilir". 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiyanın Mali və ştatdankənar Nigerdəki səfiri İqor Qromıko deyib.

O, səfirliyin fəaliyyətə başlaması üçün dəqiq tarix açıqlamasa da, hazırlıq işlərinin getdiyini bildirib.

"Bu istiqamətdə artıq praktiki işlər aparılır və Nigerdəki səfirin qeydiyyatı davam edir. Yaxın vaxtlarda daha ətraflı məlumat veriləcək", - deyə səfir qeyd edib.

Xatırladaq ki, Rusiyanın Nigerdəki səfirliyinin fəaliyyəti 1992-ci ilin sentyabrında dayandırılıb.

Gülşən Şərif 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026