• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İlin sonuncu iş günündə hava necə olacaq?

CƏMİYYƏT

28 Dekabr 2024 | 12:59 | Müəllif: Qalib İbrahimoğlu

İlin sonuncu iş günündə hava necə olacaq?

Dekabrın 29-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarında yağıntılar kəsiləcək.

    Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 1-6° isti, gündüz 6-11° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2°şaxtadan 3°-dək isti olacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026