2024-cü ilin 11 ayı ərzində icbari tibbi sığorta hesabına 3.2 milyondan çox radioloji tibbi xidmət göstərilib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Media nümayəndələri üçün tibbi savadlılıq təlimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.
Qeyd edib ki, bu xidmətlərdən 481 minə yaxını KT və MRT xidmətlərinin payına düşür.
“Növbəti ildən etibarən tibbi göstəriş əsasında ambulator şəraitdə aparılan MRT və KT müayinələri üçün hər müraciət üzrə Xidmətlər Zərfinin tarifinə uyğun olaraq 20% məbləğində müştərək maliyyələşmənin tətbiq edilməsi müzakirə olunur”.
Nəzərə çatdırıb ki, bu dəyişikliklər radioloji xidmətlərdən yalnız tibbi göstəriş olduqda istifadəni təmin etmək məqsədi daşıyır:
“Sözügedən mexanizmin tətbiqi qanunvericilikdə müvafiq dəyişikliklər edildikdən sonra mümkün olacaq”.
Mina Mikayılova