• Bakı 20° C

    17.65 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.1932

Yardımlıya qar yağıb - FAKTİKİ HAVA

CƏMİYYƏT

27 Yanvar 2025 | 09:21

Yardımlıya qar yağıb - FAKTİKİ HAVA

Lənkəran-Astara bölgəsində yağıntılar intensiv olub, Yardımlıya qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində hava şəraiti arabir yağıntılı keçib.

Belə ki, düşən yağıntının miqdarı Astarada 19, Lənkəranda 13, Lerikdə 7, Gəncə, Naftalan, Şabran, Tərtər, Bərdə, Yevlax, Mingəçevir, İmişli, Biləsuvarda 5 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm olub.

Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Yevlax, Göyçay, Lerik, Sumqayıt, Maştağada duman müşahidə olunub.

Dumanda görünüş 200-700 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR 8, dağlıq rayonlarda 13 dərəcəyədək şaxta qeydə alınıb.


SON XƏBƏRLƏR