Amerika Birləşmiş Ştatları hakim "Gürcü arzusu" partiyasının təsisçisi və fəxri sədri, ölkənin keçmiş baş naziri, milyarder Bidzina İvanişviliyə qarşı maliyyə sanksiyaları tətbiq edib.
Bakıvaxtı.az "İnterpressGe"yə istinadən xəbər verir ki, bu barədə qərar ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunub.
Qeyd olunub ki, İvanişvilinin adı Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) siyahısına əlavə olunub.
OFAC-ın siyahısına görə, bu, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar paketinin bir hissəsidir.
Gülşən Şərif