Son 30 ildə insanlara xəstəliklər daha çox heyvanlardan yoluxub.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev AQTA-nın media nümayəndələri üçün Qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı üzrə təlimində qeyd edib.
O bildirib ki, digər xəstəliklər isə havadan, yaxud insanlardan bir-birinə keçib:
”COVİD-19 da heyvanlardan yoluxan xəstəliklərə aiddir. Digər xəstəliklərdən biri də “Quş qripi"dir”.
Onun sözlərinə sözlərinə görə, ölkəmiz Taun xəstəliyi və potegen "Quş qripin"dən azad statusu alıb.
Nuriyyə Musayeva