İspaniya təmsilçisi "Real"ın (Madrid) yarımmüdafiəçisi Cud Bellinqem dekbarda La Liqanın ən yaxşı futbolçusu seçilib.
Bakıvaxtı.az xəbər verir ki, o, 2024-cü ilin son ayında 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
21 yaşlı oyunçu Antuan Qrizmann ("Atletiko", Madrid), Rafinya Dias ("Barselona"), Oyan Sanset ("Atletik"), və Sandro Ramiresi ("Las Palmas") qabaqlayıb.
Qeyd edək ki, ötən ay La Liqada ən yaxşı futbolçu adına Vinisius Junior layiq görülüb.