• Bakı C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Pedri "Barselona" ilə bağlı qərarını verdi

İDMAN

26 Yanvar 2025 | 09:40

Pedri Barselona ilə bağlı qərarını verdi

22 yaşlı yarımmüdafiəçi Pedri "Barselona" ilə müqaviləsini 2030-cu ilə qədər uzatmaq üçün klubla şifahi razılığa gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.

İspan futbolçunun mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Yeni müqavilənin detallarının yaxın vaxtlarda yekunlaşdırılacağı və rəsmi imza tarixinin hələ dəqiqləşdirilmədiyi bildirilib.

Xatırladaq ki, Pedri 2020-ci ilin yayından "Barselona"nın heyətində çıxış edir. Bu dövr ərzində o, bütün turnirlərdə 174 oyuna çıxaraq 24 qol vurub və 17 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalına əsasən, Pedrinin bazar dəyəri hazırda 100 milyon avro təşkil edir.


SON XƏBƏRLƏR

04 Fevral 2025