• Bakı 10° C

    12.11 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Salah bu mövsüm rekordlara doymur

İDMAN

24 Fevral 2025 | 20:05

Salah bu mövsüm rekordlara doymur

"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında növbəti qol rekorduna imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, misirli futbolçu Premyer Liqa tarixində bir mövsümdə 25 və ya daha çox qol vuran, həmçinin 15 və ya daha çox məhsuldar ötürmə edən ilk oyunçu olub.

Bu il Premyer Liqada ən çox qol və ötürmə edən futbolçu olan Salah dünən "Mançester Siti" ilə baş tutan və "qırmızılar"ın qələbəsi (2:0) ilə yekunlaşan matçda da qol vurub və assistentlik edib. Onun aktivində hazırki İngiltərə çempionatında 25 qol və 16 məhsuldar ötürmə var.

Arne Slotun komandasının Premyer Liqada hələ 11 matçı var. Salah Avropanın top çempionatlarında qol və ötürməli oyunların sayına görə də son 10 ilin rekorduna imza atıb./oxu.az


SON XƏBƏRLƏR