• Bakı 23° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

"Həkimlər atamı öldürdülər" - Maradonanın oğlu

İDMAN

26 Mart 2025 | 17:07 | Müəllif: Əli Hüseynov

"Həkimlər atamı öldürdülər" - Maradonanın oğlu

Dünya çempionu Dieqo Maradonanın oğlu atasının ölümündə həkimləri günahlandırıb. 

Bakıvaxtı.az Unikal-a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi 2020-ci ilin noyabrında 60 yaşında vəfat edib. Ölümün səbəbi ürək dayanması kimi göstərilib.

Ən acınacaqlısı isə onu öldürmələridir. Bu qədər aydındır. Həkimlər atamın həyatını xilas etmək üçün düzgün müalicə və tibbi yardım göstərmədilər. Həkimlər atamı öldürdülər və mən bununla barışa bilmirəm. Əminəm ki, biz bütün bunları məhkəmədə sübut edəcəyik. Onu müalicə etsəydilər, indi bizimlə ola bilərdi", - Dieqo Armando Maradona deyib. 

Hazırda Argentinada Maradonanın həyatının son günlərində ona tibbi yardım göstərən 7 tibb işçisinə qarşı məhkəmə prosesi gedir. Onları 8 ildən 25 ilə qədər həbs gözləyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026